Elan hansı halda saytda dərc edilməyə bilər?

Elan aşağıdakı hallardan biri baş verdikdə saytda dərc edilməsi məhdudlaşdırılır. Elanın yayımlanmama səbəbi mail olaraq sizə geri göndəriləcəkdir. Elanı redaktə edərək, başqa elanla əvəz edildikdə. Bir elanı tekrar yerləşdirdikdə ( hətta bu ödənişli olsa məbləğ balansdan silinəcək və yerləşdirilməsinə icazə verilməyəcək) Elan vaxtında əvvəl silinərsə fərdi istifadəçi üçün nəzərdə tutulmuş ödənişsiz yer elan dərc ediləndən 30 gün sonra yenilənəcək. Qiymət tam qeyd edilməlidir. (qiyməti ilkin ödəniş, və ya 1 sot, 1kv üçün yazmaq olmaz ) . Əmlakın təsvirində məlumatları böyük hərflərlə yazmaq, həmçinin telefon nömrəsi, e-mail ünvanı və şirkət haqqında xidmətləri yazmaq qadağandır.. Əmlakın fasad (günorta vaxtı çəkilmiş) və otaq şəkilləri mütləq olmalıdır Üzərində Yaxın.az saytı da daxil olmaqla digər saytların loqotipləri olan şəkillər qəbul edilməyəcək Şəkillərin minimal sayı 4 ədəd olmalıdır.

Biznes hesabında 30 gün yoxlama müddəti bitdikdən sonra hesabım silinirmi?

Hesabda yeni elan yerləşdirmək məhdudlaşdırılır. Elanlarınız yenədə görsənməyə davam edir. Ödəniş edib yenilənmə baş verdikdən sonra yeni elanlar yerləşdirməyə davam edə bilərsiniz.

Balans Nədir?

Yaxın.az da qeydiyyatı olan həm fərdi istifadəçi həm də biznes hesabının balansı olur. İstifadəçi buraya öncədən istədiyi qədər məbləğ yükləyə bilər. Bu məbləğ fərdi istifadəçilərdə istər elanı reklam edərkən, istərsə də bir ay ərzində 3-cü elanı yerləşdirərkən balansdan silinəcək. Biznes hesablarında isə bu məbləğ reklamlara və aylıq yenilənməyə xərclənəcək.

Balansda qalan məbləği istifadə etmədiyim zaman geri nağdlaşdıra bilərəmmi?

Yaxın.az-a yüklənən məbləğ sizin balansınız olaraq görsənəcək. Bu məbləğdən yalnız xidmətlərdən istifadə edərək xərcləyə bilərsiniz. Heç bir halda nağd şəkildə qalıq məbləğ geri qaytarılmır.

Yeni şifrə müvəffəqiyyətlə dəyişdirildi geri qayıdaraq giriş edə bilərsiniz