Necə işləyir: Yaxın.az adından da məlum olduğu kimi sizin olduğunuz əraziyə ən yaxın satılan evləri, ofisləri, kirayələri və s. bir toxunuşla göz önündə sıralayır.

  1. Saytda qeydiyyatı olmayan istifadəçi aşağıdakı funksiyalardan istifadə edə bilər.


  1. Ən yaxında olanlar fitleri ilə istifadəçi dayandığı yerdən 1.5km radiusunda yerləşən bütün elanları görə bilər. Bu funksiyanın işləməsi üçün fitlerin qarşısında yer alan düyməni tıkladıqda brouzerin ondan kompüterin və ya telefonun hazırkı ərazinin koordinatlarını götürməsi haqqında bildiriş mesajına izacə verməlidir.
  2. Ev, mənzil, kirayə, ofis filterinin birini və ya bir neçəsini seçən istifadəci istəyinə uyğun olaraq bazadan asanlıqla elanlar arasında axtarış edə bilər.
  3. Elan sahibi ilə birbaşa saytdan ayrılmadan zəng edə, whatsapp-da mesaj yaza bilər.
  4. Saytın sol qismində yer alan axtarış bölməsi isə ixtiyari bir əraziyə uyğun olaraq elan axtarışına şərait yaradır.


  1. Fərdi qeydiyyatı olan istifadəçi funksiyaları:
  2. Fərdi qeydiyyat tam ödənişsizdir.
  3. Facebook profili və ya e-poçtla qeydiyyat həyata keçirilir.
  4. Fərdi istifadəçi ay ərzində cəmi iki dəfə pulsuz elan yerləşdirmək hüququna malikdir.
  5. 2 dən artıq elan yerləşdirmək istəyən fərdi istifadəci təzimləmələr bölümündən balansına hər elan görə 1.00 azn məbləğində ödəniş etməlidir.
  6. Sayta əlavə edilən elan moderator tərəfindən yoxlanıldıqdan sonra dərc ediləcək.
  7. Elanın ödənişli reklam edilməsi. Hər klik sayına görə 0.03 azn balansdan silinəcək.
  8. Tənzimləmələr bölməsində ən vacib olan profil redaktəsi (şəkil, şəxsi bilgilər,şifrə limit və abunəlik və . ) yer alır.
  9. Mənə xəbər et funksiyası ilə istifadəçiyə imkan verəcək ki əvvəlcədən təyin etdiyi ərazidə ev satışı, kirayəsi olduqda müvafiq olaraq bildiriş alsın. (ayda 1 dəfə limitli)
  10. Bütün əmlakçılara toplu sorğu göndərmək (ofis , kirayə ev istəyi və s.)


  1. Biznes qeydiyyatı olan istifadəci funksiyaları
  2. Ödənişsiz olaraq 30 gün müddətində biznes hesabından heç bir məhdudiyyət olmadan yararlanmaq imkanı. Yoxlama müddəti bitdikdən sonra balansınıza saytın müəyyən etdiyi məbləği yükləməklə hesabınızı aktivləşdirə bilərsiniz.
  3. Limitsiz sayda bütün kateqoriyalar üzrə elan yerləşdirmək imkanı.
  4. Elanları moderator təsdiqi gözləmədən dərhal saytda dərc edilməsi.
  5. Yaxın.az bu elanların mətninə, məzmununa, şəkilinə görə məsuliyyət daşımır. Əgər digər istifadəçilər və qeydiyyatçılar tərəfində elan şikayət edilərsə araşdırılması üçün hesab müvəqqəti və ya daimi dondurula bilər.
  6. Bütün elanların içərisində yalnız mülkiyyətçi elanları üzrə axtarış etmək imkanı.
  7. Fərqli profil səhifəsi , şəxsi profilinizə insanların şərh bildirmək üstünlüyü, son yerləşdirdiyiniz elanların görüntüsü və maksimum baxış sayı
  8. Bütün əmlakçılar və mülkiyyətçilər ilə online söhbət etmək. 
  9. Elanın ödənişli reklam edilməsi. Hər klik sayına görə 0.03 azn balansdan silinəcək.
  10. Mənə xəbər et funksiyasıdan limitsiz istifadə.Əmlakçıya imkan verəcək ki əvvəlcədən təyin etdiyi ərazidə ev satışı, kirayəsi olduqda müvafiq olaraq bildiriş alsın.


Yeni şifrə müvəffəqiyyətlə dəyişdirildi geri qayıdaraq giriş edə bilərsiniz